AZ

Premyer Liqa: “Sabah” “Turan Tovuz”a qarşı

BAKI, 20 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında V turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk oyununda “Qəbələ” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
Qəbələ şəhər stadionunda baş tutacaq görüşü baş hakim Kamal Umudlu idarə edəcək. Hazırda “qırmızı-qaralar”ın cəmi 1 xalı varsa, “sarı-göylər” isə xal qazana bilməyib.

Günün ikinci oyunu isə “Sabah” və “Turan Tovuz” arasında olacaq. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. “Sabah” 4 xalla turnir cədvəlinin 8-ci pilləsində, “bozqurdlar” isə 9 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turun dünən baş tutan oyunlarında “İmişli” səfərdə “Karvan-Yevlax”ı 3:2, “Zirə” isə evdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Tur sentyabrın 21-də başa çatacaq.

Azərbaycan Premyer Liqası
V tur
20 sentyabr
17:00. "Qəbələ" – "Kəpəz"

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev

Qəbələ şəhər stadionu

19:30. “Sabah” - “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli

“Bank Respublika Arena”

Seçilən
24
2
teleqraf.com

9Mənbələr