AZ

11 ildən sonra ilk dəfə: ABŞ da tarixi anlar FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Suriyanın 2014-cü ildə bağlanan Vaşinqtondakı səfirliyində yenidən ölkənin bayrağı qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.

Sözügedən durumu suriyalılar “ağılasığmaz” adlandırıblar.

Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani bildirib ki, bu, iki ölkə arasında yeni dövrün başlanmasından xəbər verir.

O, bayrağın yenidən qaldırılmasını “Suriyanın legitimliyinin və beynəlxalq arenada diplomatik varlığının təsdiqi” kimi qiymətləndirib.

Qeyd edək ki, Vaşinqtondakı səfirlik 2014-cü il martın 18-də bağlanmışdı.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr