Xalq inancına görə bu gün süfrəsinə soğan qoyanlar, uduzmazlar. Bizim.Media xəbər verir ki, Slavyanların “Soğan günü” adlandırdığı bu gündə bol soğanlı yeməklər, salatlar hazırlayır, soğan çələngi düzəldib evin girişindən asırdılar. Həmçinin kəskin qoxunun pis ruhları dəf edəcəyinə inanırdılar. Süfrəyə mütləq çit baş soğan qoyulmalıdır. Deyilənə görə bununla “yeddi dərd sağalır”.
Soğan qabığından dəmləmə ilə saçlar yuyulur, bədən yaxalanır. Bununla da həm xəstəliklər, həm də neqativ enerji bədəndən çıxır.
Məhz bu gün bol soğan yemək qış boyu sağlamlığınızı qorumağa kömək edəcək.
Soğan qabıqlarının yandırmayın – bədbəxtlik gətirir.
Soğan günündə uğurlarınızla öyünməyin - şansınızı “ürküdüb” yoxsulluğu cəlb edər.
Bu gün qəti evlilik təklif etməyin, soğan kimi acı olar.
Şəfiqə Şəfa, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta