AZ

Portuqaliya bazar günü Fələstin dövlətini tanıyacaq

Portuqaliya bazar günü Fələstin dövlətini rəsmən tanıyacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Portuqaliya Xarici İşlər Nazirliyi açıqlayıb. 

Nazirlik Fələstin Dövlətinin rəsmən tanınmasının gələn həftə keçiriləcək BMT-nin Baş Assambleyasından əvvəl baş tutacağını bildirib.

Qeyd edək ki, Portuqaliyanın qonşusu İspaniya İrlandiya və Norveçlə birlikdə 2024-cü ilin mayında Fələstin Dövlətini tanıyıb.

Hazırda Avropa İttifaqının 27 üzvündən yalnız bir neçəsi Fələstini dövlət kimi tanıyır.

Seçilən
8
2
xezerxeber.az

4Mənbələr