AZ

ABŞ dan Rusiya haqda mühüm açıqlama: Onlar...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Rusiya təhlükəsi bəzən şişirdilir. Onlar o qədər də uğur qazanmayıblar”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

“ABŞ Prezidenti Donald Tramp hər iki tərəfi danışıqlar masası arxasına gətirmək, Moskva ilə Kiyev arasında münaqişənin həllində vasitəçilik etmək üçün vasitələr və şərtlər axtarmağa davam edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 15-də Donald Tramp yaxın vaxtlarda Ukrayna ilə bağlı üçtərəfli görüşün baş tutacağına əminliyini ifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
globalinfo.az

1Mənbələr