AZ

Rusiyada dəmiryolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var

Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib. Hadisə nəticəsində 12 nəfər yaralanıb, iki nəfər həlak olub.

Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun "Telegram" kanalında xəbər verilib.

Bildirilir ki, relslərin və şpalların dəyişdirilməsi işləri zamanı təmir-bərpa qatarının iki vaqonu və quraşdırma kranı relsdən çıxıb.

Sosial şəbəkələrdə hadisə yerinin görüntüləri yayılıb.
 
 

Seçilən
44
4
7news.az

4Mənbələr