AZ

ABŞ-da daimi yaşamaq üçün: “Qızıl Kart”

ABŞ Prezidenti Donald Tramp ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyənlər üçün “Qızıl Kart” proqramının yaradılması haqqında sərəncam imzalayıb.

Ulusal.az xəbər verir ki, kart fiziki şəxslər üçün 1 milyon dollara, korporasiyalar üçün 2 milyon dollara təqdim ediləcək. Həmçinin proqramı çərçivəsində “Platinum Kart” da təqdim edilir. Bu kartın qiyməti 5 milyon dollar olacaq və sahiblərinə ABŞ-dan kənarda əldə edilən gəlirlərdən vergi tutulmadan ildə 270 günə qədər ABŞ-da qalmaq imkanı verəcək.

İmzalanma zamanı ticarət katibi Hovard Lutnik yeni proqram çərçivəsində büdcəyə 100 milyard dollardan çox vəsaitin cəlb ediləcəyini bildirib.

Həmçinin, ABŞ Prezidenti yüksək ixtisaslı əcnəbi işçilər üçün H-1B iş vizası üçün rüsumun 100 min dollara qədər artırılması haqqında sərəncam imzalayıb.

Bu haqda Ağ Evin şənbə günü elan etdiyi bəyanatda deyilir.

” Daxili təhlükəsizlik naziri bu qərarın qüvvəyə mindiyi tarixdən etibarən 12 ay ərzində ABŞ-dan kənarda olan xüsusi peşə sahibləri üçün H-1B vizası ilə bağlı, 100 min ABŞ dolları məbləğində ödənişlə müşayiət olunmayan ərizələr üzrə qərar qəbulunu məhdudlaşdırmalıdır.”, – sərəncamda deyilir.
Belə ki, Tramp 21 sentyabr 2025-ci il tarixindən etibarən bu növ vizaların verilməsinə 100 min dollarlıq rüsum ödənilmədiyi təqdirdə həmin şəxslərin girişinə bir illik məhdudiyyət qoyub.

Seçilən
21
moderator.az

1Mənbələr