AZ

Əş-Şaraadan XƏBƏRDARLIQ – “Türkiyə Suriyada əməliyyatlara başlaya bilər”

“Dekabrdan sonra “Suriya Demokratik Qüvvələri” (SDQ) Suriya ordusuna inteqrasiya olunmasa, Türkiyə onlara qarşı hərbi əməliyyata başlaya bilər”.

Bizim.Media “Türkiye Today” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Suriya prezidenti Əhməd əş-Şaraa bildirib.

Onun sözlərinə görə, razılaşma həyata keçirilmədiyi təqdirdə Ankara “hərbi metod”dan istifadə edə bilər.

Əş-Şəraa vurğulayıb ki, Suriyanın şimal-şərqində SDQ ilə bağlı vəziyyət yalnız Türkiyə deyil, həm də İraq üçün milli təhlükəsizlik təhdidi yaradır.

Prezident əlavə edib ki, Suriyada kürdlərin hüquqlarının qorunması və onların bərabərliyinin təmin edilməsi onun əsas prinsiplərindən biridir:

“Məni kürdlərin hüquqları başqalarından daha çox narahat edir”.

Bizim.Media

Seçilən
24
1
bizim.media

2Mənbələr