AZ

Özbəkistan və Keniya arasında diplomatik əlaqələr quruldu

BAKI, 20 sentyabr. TELEQRAF

Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov Nyu-Yorkda Keniya Baş naziri, xarici işlər və diasporla iş üzrə naziri Musalia Mudavadi ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb.

“Keniya baş naziri, xarici işlər və diasporla iş üzrə nazir Musalia Mudavadi ilə görüşməkdən məmnunuq. Biz birlikdə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasına dair kommünike imzaladıq” ,- nazir sosial media hesabında yazıb.

Seçilən
14
teleqraf.com

1Mənbələr