AZ

Türkiyəli mütəxəssisə Özbəkistanda yüksək vəzifə verildi

BAKI, 20 sentyabr. TELEQRAF

Türkiyəli mütəxəssis Sedat Kaya Özbəkistanın Respublika İxtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktik Tibb Mərkəzinə direktor təyin edilib.

Teleqraf xəbər verir ki, Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov bu barədə əmr imzalayıb.

Mərkəzin yeni rəhbərinə Özbəkistanda onkoloji xidmətin dünya səviyyəsinə çatdırılması tapşırılıb.

Sedat Kaya Ankara Universitetinin tibb fakültəsini bitirib, Anadolu, Atatürk və Sakarya universitetində səhiyyə üzrə magistr təhsili alıb.

2011-2018-ci illərdə Türkiyənin Sakarya Universitetinin Klinik Xəstəxanası və Sakarya Dövlət Xəstəxanalar Birliyində müxtəlif vəzifələrdə çalışıb. Bundan əlavə, Sakarya Səhiyyə Təşkilatında sədr müavini və rəhbəri vəzifələrində çalışıb.

Seçilən
62
teleqraf.com

1Mənbələr