AZ

"Formula 1": Bakıda üçüncü sərbəst yürüş başlayıb

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb...

"Report"un məlumatına görə, mübarizəyə saat 12:30-da start verilib.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq "Maklaren"dən Lando Norris və "Ferrari"dən Lyuis Hemilton ən yaxşı nəticəni göstəriblər.

Saat 16:00-da sıralama turu keçiriləcək.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də baş tutacaq.

Poliqon.info

Seçilən
21
7
poliqon.info

10Mənbələr