AZ

Azərbaycan-Uqanda prokurorluqları Memorandum imzalayıb

Uqanda Respublikasının Dövlət Prokurorluğunun direktoru Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat verib. Bildirilib ki, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı dəstəyin əhəmiyyəti müzakirə olunub.
Baş prokuror Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada uğurla tətbiq olunduğunu, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.Səmimi qəbula görə təşəkkür edən Odumbi Ceyms Over Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini və prokurorluqlar arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.Görüşün sonunda Azərbaycan və Uqanda prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb. Tərəflər sənədin institusional münasibətlərdə tarixi əhəmiyyət daşıdığını və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıblar.Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi ilə də tanış olub, eksponatlar barədə ətraflı məlumat alıb.Səfər davam edir.


Seçilən
56
1
metbuat.az

2Mənbələr