Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Vladimir Putinlə konstruktiv dialoq olduğunu bəyan edib.
Moderator.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Paşinyan Putinlə dialoqun açıq və dürüst keçdiyini qeyd edib.
"Biz bir çox problemlərin həllini tapdıq və tapacağıq", - o vurğulayıb.
N.Paşinyanın sözlərinə görə, elə tərəfdaşlar var ki, Rusiyanın Ermənistana qarşı hibrid müharibə apardığını düşünürlər və tərəfdaşların müəyyən əsasları var:
"Təəssüf ki, bu məntiqi bir sıra Rusiya telekanalları və ya ayrı-ayrı spikerlər inkişaf etdirirlər".