AZ

Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

19 sentyabr 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev və digər natiqlər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfər qazanmasından, 2023-cü il sentyabrın 19-da cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etməsindən, cənab prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamasından bəhs etmişlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
2
yeniazerbaycan.com

10Mənbələr