AZ

"Upsilon" MMC: "Amal Qrup" borcu ödəməmək üçün müxtəlif üsullara əl atır

"Amal Qrup" şirkəti ilə "Upsilon" MMC arasında yaşanan borc qalmaqalı barədə Qaynarinfo-da dərc edilən məlumat təsdiqini tapıb. Həmin məlumatdan sonra təchizatlar redaksiyamızla əlaqə saxlayaraq, həqiqətən də iki şirkət arasında bir ildən artıqdır ki, borc qalmaqalının yaşandığını bildirib. 

 

Onların sözlərinə görə, "Amal Qrup" şirkəti bu məsələdə açıq-aşkar qanunsuzluğa yol verir. Təchizatçılar bildirir ki, onlar subpodratçı şirkət kimi "Upsilon" MMC-ni inşaat materialları və müxtəlif invertarlarla təchiz edib. 

 

Lakin "Upsilon" MMC həmin malların pulunu "Amal Qrup"dan ala bilmir. "Upsilon" MMC-nin rəhbərliyi hələ görülən işin pulunu istəmir, öncə təchizatlara olan borcun ödənilməsini təklif edir. Lakin "Amal Qrup" bununla da razılaşmır. Borcu ödəməmək üçün müxtəlif üsullara əl atılır. 

 

"Gah "Upsilon" MMC-nin səlahiyyətli şəxsləri məhkəməyə cəlb edilir, gah invertarlar girov götürülür və s. Məsələ ilə əlaqədar "Amal Qrup"un rəhbərliyi ilə bir neçə dəfə görüş olub. Sənədlər əlimizdə, qaimələr əlimizdə, hər şey gün kimi aydındır. Amma "Amal Qrup"un rəhbərliyi bütün bunları görməzdən gəlir", deyə təchizatçılar bildirib. 

 

"Amal Qrup"un direktoru Orxan İbrahimli

 

Onların sözlərinə görə, "Amal Qrup" MMC haqlı olsaydı, bir neçə ay əvvəl bu məsələ ictimailəşəndə borcun müəyyən hissəsini ödəməzdi. "Bu fakt da göstərir ki, baş verənlərdə "Upsilon" MMC haqlıdır" deyən təchizatçılar əlavə edib ki, yaxın günlərdə məsələ ilə əlaqədar yuxarı orqanlara müraciət etmək niyyətindədirlər. 

 

"Başqa yolumuz qalmayıb. Borcun məbləği kifayət qədər yüksəkdir. Bu borc ödənilməsə təchizatçılar iflas təhlükəsi ilə üzləşə bilər ki, bu da Azərbaycanda sahibkarlığın inkişafına ciddi zərbədir", deyə təchizatçılar vurğulayıb. 

 

Məsələ ilə bağlı "Amal Qrup" MMC-nin mövqeyini öyrənmək mümkün olmayıb. 

 

Seyid

Seçilən
4
1
milliyol.az

2Mənbələr