Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında vəfat edib.
Trend-in məlumatına görə, tədqiqatçı Qazaxda dünyasını dəyişib.
Mərhumun nəşi dəfn olunması üçün Bakıya gətirilir.
Xatırladaq ki, Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub.