AZ

YouTube Venesuela prezidentin kanalını blokladı

Ajans.az xəbər verir ki,hazırda Maduronun YouTube kanalı axtarış nəticələrində görünmür və birbaşa keçid vasitəsilə də açılmır. Qeyd edək ki, prezidentin rəsmi kanalı vasitəsilə hökumət tədbirləri, rəsmi çıxışlar və canlı yayımlar mütəmadi olaraq paylaşılırdı. Kanalın 200 mindən çox abunəçisi vardı. Bloklanmanın konkret səbəbləri barədə YouTube tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Xatırladaq ki, prezident Maduro daha əvvəl ABŞ-ı Venesuelanın təbii sərvətlərini ələ keçirmək və ölkədə marionet rejim qurmaq niyyətində ittiham etmiş, Vaşinqtonun müharibə ilə təhdid etdiyini bildirmişdi.

 

Seçilən
51
Ajans.az

1Mənbələr