AZ

Dünyaca məşhur yazıçı özündən 27 yaş kiçik idmançı ilə nişanlandı

Sərvətinin 100 milyon dollardan çox olduğu təxmin edilən tanınmış amerikalı yazıçı, 61 yaşlı Den Braun niderlandlı atçılıq idmançısı, 34 yaşlı Judit Pietersen ilə nişanlanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onlar arasında 27 yaş fərqi olduğu bildirilir.

Qeyd edək ki, Den Braun 2018-ci ildə 21 il evli qaldığı həyat yoldaşı Blayt ilə yollarını ayırmışdı. Boşanma zamanı Blayt yazıçını şəxsi məşqçisi, bir bərbər, Karib dənizi bölgəsində yaşayan bir qadın və Judit Pietersen ilə münasibətdə olmaqda ittiham etmiş, həmçinin bu münasibətlər zamanı bəzi şəxslərə bahalı hədiyyələr alınması üçün maliyyə vəsaitlərinin düzgün istifadə olunmadığını iddia etmişdi.

Kənan
Milli.Az

Seçilən
21
1
milli.az

2Mənbələr