AZ

Azərbaycanda referendum olacaq? Deputatdan REAKSİYA

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan sülh sazişi üçün Ermənistanın qarşısına bir sıra şərtlər qoymuşdu. O şərtlərdən demək olar ki, hamısı yerinə yetirilib. Yalnız Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi qalır. 

Bəzi ekspertlər və siyasi şərhçilərin fikrincə, Azərbaycan Konstitusiyası ilə bağlı da yaxın vaxtlarda referendum keçirilməlidir. Bu fikri əsasən anklavlara əhalinin qayıdışı və onların təhlükəsizliklərinin təmin edilməsində yarana biləcək ciddi problemlərlə əsaslandırırlar. Anklavlar məsələsinin gec-tez “ərazi mübadiləsi” variantını hər iki ölkənin siyasi gündəliyinə daşıyacağı qeyd edilir.

Qüvvədə olan Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin II hissəsi və və 11-ci maddəsinin III hissəsi isə Azərbaycan hakimiyyətinə “ərazi mübadiləsi”ni – sərhədlərin dəyişdirilməsini qadağan edir. Bu məsələ yalnız referendumla həll oluna bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin hüquqşünas deputatı Razi Nurullayev bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması fonunda Konstitusiyamıza hər hansı bir dəyişikliyə lüzum görmür:"Çünki hazırda Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Ermənistan Azərbaycana qarşı ərazi iddiası qaldırıb və torpaqlarımızı işğal edib. O baxımdan tarixi həqiqətlərdən, faktlardan irəli gələrək, Azərbaycan Ermənistandan Konstitusiyasını dəyişməyi tələb edir. Buna görə də Azərbaycan Konstitusiyasının  dəyişdirilməsinə heç bir ehtiyac görmürəm".

R.Nurullayev vurğulayıb ki, ancaq Azərbaycanın haqlı tələbləri əsasında Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra yekun sülh müqaviləsi imzalana bilər:

"Düşünmürəm ki, Ermənistan Azərbaycandan Konstitusiya dəyişikliyini tələb edə bilər. Ermənistanın belə tələbi olarsa belə, Azərbaycan buna boyun əyməz. Əksinə, bu gün Azərbaycan Ermənistan qarşısında tələblər qoyur. Və onlar da tələblərimizi yerinə yetirirlər. Qeyri-rəsmi formada ermənilər tərəfindən bununla bağlı tələblər irəli sürülüb. Amma rəsmi formada belə bir fikir səsləndirilməyib, səsləndirilə də bilməz. Düşünürəm ki, ancaq Azərbaycanın haqlı tələbləri əsasında Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra yekun sülh müqaviləsi imzalana bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
3
modern.az

10Mənbələr