AZ

Məşq etmədən kilo vermək mümkündür: YOLLARI

Kilo vermək istəyən hər kəs həmişə idman salonuna gedə bilmir. Ekspertlər deyirlər ki, düzgün pəhrizlə məşq etmədən də kilo vermək mümkündür. Əsas odur ki, kalori çatışmazlığı yaradaraq yemək lazımdır.

E-saglam.az xəbər verir ki, bunu qidalanma mütəxəssisi Carrie Lupoli öz müahibəsində deyib. Onun sözlərinə görə, kilo verməyin ən effektiv yolu aşağı kalorili pəhriz saxlamaqdır. Kalori çatışmazlığı olduqda bədən yanacaq üçün yağdan istifadə etməyə başlayır, belə olduqda, tez zamanda tərəzidəki dəyişikliyin şahidi oluruq.

Araşdırmalar göstərir ki, məşqi pəhrizlə birləşdirmək kilo itkisini daha effektiv edir, amma kalori çatışmazlığına diqqət yetirmək məşq edə bilməyənlər üçün də çox faydalıdır. Bu yanaşma xüsusilə çox səyahət edənlər, kiçik uşaqları olan valideynlər, yaşlılara qulluq edənlər, oynaq ağrısı və ya hərəkət məhdudiyyəti olan insanlar üçün uyğundur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
3
e-saglam.az

1Mənbələr