AZ

Şəkidə bədii gimnastika üzrə 30 cu ölkə birinciliyinə start verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şəki, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sentyabrın 20-də Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyinə start verilib. Yarış III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yarışda ölkəmizin müxtəlif bölgələrindəki 13 klubdan – “Ocaq Sport” klubu, Gəncə, Şağan, Sumqayıt, Abşeron Olimpiya İdman kompleksləri, Su İdmanı Sarayı, Mingəçevir Kür Olimpiya İdman-Tədris Mərkəzi, Bədii Gimnastika Mərkəzi, Respublika Kompleks İdman Məktəbi, Zirə Mədəniyyət Mərkəzi, Eko Park, “Ocaq Sport” Klubunun Zaqatala bölməsi və Şəmkir Gənclər Evindən ümumilikdə 130 gimnast iştirak edir.

Gimnastlar “balacalar”, “yeniyetmələr” və “gənclər” yaş kateqoriyalarında fərdi və qrup hərəkətləri proqramları üzrə halqa, top, lent, gürzlərlə çıxış edirlər.

Yarışın ilk günündə 2015-2017-ci il təvəllüdlü balacalar bacarıqlarını nümayiş etdirirlər.

Yarış iki gün davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
azertag.az

3Mənbələr