AZ

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatdı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda keçirilən “Formula 1 Qatar Airways” yarışları zamanı görülən tədbirlərlə bağlı məlumat yayıb. 

Avtosfer.az xəbər verir ki, məlumatda Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının 20 nöqtədə 38 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmət göstərdiyi qeyd olunur. 

Bununla yanaşı, ərazidə müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar olaraq nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.

 




 

Seçilən
12
1
avtosfer.az

2Mənbələr