AZ

Şuşada "KOB FEST" sərgi-satış yarmarkası keçirilir - FOTOLAR

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı Şuşada "KOB FEST" sərgi-satış yarmarkası keçirilir.

"Cebheinfo.az" KOBİA-ya istinadən xəbər verir ki, yarmarkada Şuşada və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların əl işləri nümayiş olunur və satışı həyata keçirilir.

"KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsulları və xidmətləri geniş istehlakçı auditoriyasına tanıtmaqla satış imkanlarını genişləndirmək, həmçinin ölkənin müxtəlif bölgələrində çalışan sahibkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

"KOB FEST"in açılışında çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi-satış yarmarkasının Dövlət Suverenliyi Günündə şəhər sakinləri və sahibkarlarla birgə keçirilməsinin əlamətdar olduğunu vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər Şuşa və ətraf bölgələrdən olan sahibkarların istehsal etdiyi məhsulların, sənətkarların əl işlərinin tanıdılması baxımdan əhəmiyyətlidir.

Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.

"Cebheinfo.az" 

Seçilən
41
10
cebheinfo.az

10Mənbələr