AZ

Həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə fləş-mob keçirilib

Bakı, 20 sentyabr, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların və “İnklüziv DOST” könüllülərinin iştirakı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş fləş-mob keçirilib.

AZƏRTAC xəbər verir ki, həssas qruplardan olan uşaq və yeniyetmələr tariximizə hörmət, vətənə bağlılıqlarını özlərinə məxsus şəkildə nümayiş etdiriblər.

“Bayatı-Şiraz” muğamından parçanı Mərkəzin görmə məhdudiyyətli benefisiarı Müslüm Müslümzadə səsləndirib.

Seçilən
10
2
azertag.az

3Mənbələr