AZ

ADA Universiteti: Onun məhz belə bir gündə və məkanda vəfatı bizidərindən təsirləndirdi

"Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak üçün Qazaxda olan Şəmistan Nəzirli Qazax Müəllimlər Seminariyası İncəsənət Mərkəzində keçirilən sərginin açılışında iştirak edib, sərgi iştirakçıları ilə öz şəxsi arxivindən olan tarixi fotolar və məlumatlarla bölüşüb".

Bu barədə ADA Universitetindən Teleqraf-a verilən məlumatda qeyd olunub.

"Şəmistan Nəzirli Qazax Müəllimlər Seminariyasının bərpası prosesində ilk günlərdən yaxından iştirak etmişdir. Onun Seminariyanın tarixi əhəmiyyəti barədə araşdırmaları bu elm ocağının əvvəlki ruhunu bərpa etmək üçün əvəzolunmaz əhəmiyyət daşıyır. Seminariyanın xüsusi tədqiqatçılar qrupunun dəyərli üzvü kimi o hər zaman buradakı tədbirlərdə böyük həvəs və coşqu ilə iştirak edərdi. Onun tarixin unudulmaması uğrunda apardığı elmi araşdırmaları gələcək nəsillərə bir mirasdır.Şəmistan Nəzirlinin Azərbaycana, Qazağa, Seminariyaya ürəkdən bağlılığını və sədaqətini nəzərə alaraq, onun məhz belə bir gündə və məkanda vəfatı bizi və tədbir iştirakçılarını dərindən təsirləndirdi. O ölkəmizə, onun tarixinə olan sevgisi ilə yaddaşlarda daim qalacaqdır" ,- məlumatda bildirilib.

Qeyd edək ki, hərbi jurnalist, yazıçı Şəmistan Nəzərli bu gün ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.

Seçilən
43
teleqraf.com

1Mənbələr