AZ

Dopinq qalmaqalından sonra Mudrik idman növünü dəyişir

Dopinq istifadəsi ilə bağlı araşdırma altında olan və dörd il futboldan kənarlaşdırıla biləcəyi iddia edilən Mixaylo Mudrik karyerasında yeni istiqamətə hazırlaşır.

Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu atletizmə keçid etməyi planlaşdırır.

Bu barədə məlumatı "Marca" nəşri yayıb.

Xəbərdə bildirilir ki, Mudrik 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında Ukraynanı təmsil edən sprinter kimi iştirak etməyi hədəfləyir.

"Çelsi"də gözlənilən performansı ortaya qoya bilməyən 23 yaşlı oyunçunun bu qərarı futbol dünyasında böyük rezonans doğurub.

Kamil Xudiyev

Seçilən
14
1
fanat.az

2Mənbələr