AZ

Keçmiş səfirə yeni vəzifə verildi

Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Natiq oğlu Məmmədov yeni vəzifəyə təyin olunub.

Demokrat.az Teleqraf.az-a istinadən xəbər verir ki, N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin olunub.

O, yeni vəzifəyə təyinatını təsdiqləyib. 

Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib, ötən ilin dekabrında isə geri çağırılıb.

Seçilən
14
21
demokrat.az

10Mənbələr