AZ

Avrokomissar: Rusiya aktivlərinin müsadirə mexanizmi işlənməlidir

Avrokomissar: Rusiya aktivlərinin müsadirə mexanizmi işlənməlidir

Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kredit şəklində verilməsi mexanizmini təkmilləşdirir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının komissarı Valdis Dombrovskis bildirib ki, mexanizm əlavə işləməyə ehtiyac duyur və bunun üçün bir neçə həftə lazımdır.

“İndi biz konsepsiyanı ümumi şəkildə təqdim etdik. Amma konkret şərtlər üzərində işləmək hələ qarşıdadır və bu, növbəti həftələrdə baş tutacaq”, – deyə avrokomissar Kopenhagendə iqtisadiyyat və maliyyə nazirlərinin qeyri-rəsmi görüşündən sonra jurnalistlərə bildirib.

Dombrovskis əlavə edib ki, Ukraynaya reparasiya krediti mexanizmləri növbəti Aİ-nin İqtisadi və Maliyyə Şurası iclasında müzakirə olunacaq. Danimarka iqtisadiyyat naziri Stefani Lose də konkret təklifləri açıqlamayıb və növbəti müzakirənin gələn ay olacağını vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib ki, Avropa Qərbdə dondurulmuş Rusiya aktivlərini müsadirə etməyi planlaşdırmır, lakin onları Ukraynaya kredit verilməsi üçün istifadə edəcək.

Seçilən
55
afn.az

1Mənbələr