AZ

Xərçəngin yayılmasının bir səbəbi elektron siqaretlərdir?– Professordan açıqlama


Elektron siqaretlər, veyplər xərçəngə səbəb ola bilərmi?

“Medicina” xəbər verir ki, bu barədə pulmonoloq, professor Əlizamin Sadıqov məlumat verib.


“Elektron siqaretlərin yaranma və istifadə tarixi siqaret qədər uzun olmadığı üçün hələ ki, tibb və elm birbaşa ağciyər xərçənginə səbəb olduğunu araşdıra bilməyib. Çünki elektron siqaretə keçən nəsil gəncdir, yaşları 50ni keçməyib. Amma 5 ilə bunu artıq qiymətləndirə biləcəyik.


Amma onu deyə bilərəm ki, siqareti tərgitmək üçün elektrona keçən insan 3-5 il qala bilməyəcək, yenidən nikotinə qayıdacaq. Nikotin aclığı nikotin asılılığı elektron siqaretlərdə daha çoxdur. Bu gün elektron siqaret çəkənlər bilsin ki, onlarda da kifayət qədər çoxnikotin var, bu siqaretlər daha çox asılılıq yaradır.

Bu siqaretlərdə 2000-dən çox kimyəvi qatqı maddə var, əksəriyyəti kanserogendir. Əlbəttə ki, gələcəkdə bu insanlarda ağciyər xərçəngi ola bilər, olmaması üçün səbəb yoxdur. Elektron siqaret sağlam deyil.

30-35 il siqaret çəkən insanlarda ağciyər xərçənginin inkişafı riski daha yüksəkdir”.

Aygün Musayeva


Seçilən
19
1
medicina.az

2Mənbələr