AZ

Formula 1: Bakıdakı sıralama turunda Ferstappen birinci oldu

Bakıda təşkil olunmuş Formula 1 üzrə dünya çempionatının növbəti raundunda – Azərbaycan qran-prisində bu gün sıralama turu baş tutub.

Arena.az xəbər verir ki, üç sessiyanın yekununda birinci olan pilot bəlli olub.

Ən yaxşı nəticəyə “Red Bull”dan Maks Ferstappen imza atıb. Niderlandlı sürücü əsas yarışda ilk sırada olacaq.

“Uilyams”dan Karlos Sayns ikinci, “Rasinq Bulls”dan Liam Louson üçüncü yeri tutub.

Bakıdakı sıralama turunda bir neçə qəza da baş verib. Əvvəlcə, “Uilyams” komandasından Aleksander Albon uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid səddə dəyib. Qırmızı bayraq qaldırıldıqdan sonra sessiya müvəqqəti dayandırılıb. Daha sonra “Kik Zauber” komandasının pilotu Niko Hulkenberqin idarə etditiyi bolid səddə dəyib. “Haas” komandasının sürücüsü Oliver Bermanın isə bolidində problem aşkarlanıb. O, sıralama turunun ikinci sessiyanın əvvəlində mübarizəni dayandırmalı olub. “Ferrari” pilotu Şarl Leklerin idarə etdiyi bolid üçüncü sessiyada səddə çırpılıb. “Maklaren”dən Oskar Piastrinin idarə etdiyi bolid də səddə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və üçüncü sessiya müvəqqəti dayanıb.

Xatırladaq ki, ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq “Maklaren”dən Lando Norris və “Ferrari”dən Luis Hamilton ən yaxşı nəticəni göstərmişdi. Bugünkü üçüncü sərbəst yürüşdə də Norris fərqlənmişdi.

Formula 1 üzrə Azərbaycan qran-prisinə sentyabrın 21-də baş tutacaq əsas yarışla yekun vurulacaq.

error: Məzmun qorunur!
Seçilən
1
11
arena.az

10Mənbələr