Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var.
Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Bu gün qəzaya düşən Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunda xəsarət alanların kimliyi məlum olub.
Aznews.az xəbər verir ki, onlar aşağıdakılardır: