AZ

Almaniyada kansler Fridrix Mertsə narazılıq rekord həddə çatıb

Almaniya sakinləri arasında kansler Fridrix Mertsin fəaliyyətindən narazılıq səviyyəsi rekord göstəriciyə yüksəlib.

Day.Az-ın məlumatına görə, INSA sosioloji institutunun keçirdiyi sorğuda respondentlərin 62%-i kanslerin işini mənfi qiymətləndirib.

Yalnız 26% alman Mertsin fəaliyyətindən razılıq ifadə edib. Qeyd olunur ki, iyunun əvvəlində kanslerə etimadda qısa müddətlik artım qeydə alınsa da, sonrakı dövrdə onun reytinqi sürətlə aşağı düşərək yeni minimuma çatıb.

Sorğu sentyabrın 18-dən 19-dək aparılıb və 1001 nəfər iştirak edib.

Seçilən
8
2
day.az

3Mənbələr