AZ

“Qızıl damladan ağac” Sahibinə sərvət qazandırır FOTO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

İzmirin Çeşmə yarımadasında yetişən və "qızıl damlayan ağac" adlandırılan saqqız ağacının sayı son illərdə sürətlə artıb. Dünyada yalnız Ege dənizindəki Saqqız  adasında və Çeşmə bölgəsində yetişən bu ağacdan əldə olunan damla saqqızı tibbdə, qida sənayesində və kosmetikada istifadə olunur.

15 ilə 100 qat artım

2010-cu ildə Türkiyədə cəmi 1000 saqqız ağacı qalmışdı. Lakin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, yerli idarələr və fermerlərin səyləri nəticəsində bu say bu gün 100 minə çatıb. Toxumdan yetişmədiyi üçün xüsusi fidanlar hazırlanaraq həm yanmış meşə sahələrinə, həm də torpaq sahiblərinə paylanıb.

Çətin, amma gəlirli məhsul

Damla saqqızı ağacın gövdəsinə cızıqlar atılaraq toplanır. Yayda başlanılan bu prosesdə damlalar torpağa səpilmiş əhəngin üzərində bərkiyir və sonra təmizlənir. Hasat prosesi sentyabra qədər davam edir. Bir kiloqram sakız almaq üçün təxminən 3 yetkin ağac lazımdır.

Kiloqramı 20 min lirə

İzmir İl Kənd Təsərrüfatı Müdiri Mustafa Şahin bildirib ki, hazırda ildə 200-250 kiloqram saqqız  istehsal olunur. Hədəf isə bunu ən azı 5 tona çatdırmaq və ixraca ödəməkdir. Şahinin sözlərinə görə, saqqız ağacı həm su tələb etmədən böyüyür, həm də quraqlığa davamlıdır:"Bu məhsul həm ölkə ehtiyacını qarşılayacaq, həm də ixracda böyük gəlir gətirəcək. Kiloqramı təxminən 20 min lirəyə satılır və ciddi qazanc təmin edir."

İlk məhsul sevincini yaşadı

Çeşmənin Ovacıq kəndindən olan istehsalçı Musa Yalçın 6 il əvvəl 70 saqqız ağacı əkib. Bu il ilk dəfə məhsul yığan Yalçın 13 kiloqram sakız əldə etdiyini deyib:

"Saqqız ağacı ilə həm torpağı canlandırdıq, həm də suya qənaət etdik. Çox dəyərli bir bitkidir."Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
news.milli.az

2Mənbələr