Parisin məşhur Milli Təbiət Tarixi Muzeyi qarət olunub.
Musavat.com AN saytına istinadən xəbər verir ki, oğrular muzeyin milli kolleksiyasından təxminən 600 min avro dəyərində qızıl nümunələrini oğurlayıblar.
Hadisə son vaxtlar Fransada mədəni sərvətlərin oğurlanmasının artdığı bir dövrə təsadüf edir.
Muzey paytaxtın 5-ci rayonunda yerləşir və dinozavr skeletləri, taxidermiya, geologiya və mineralogiya qalereyaları ilə tanınır.
Adı açıqlanmayan polis mənbəsi "Parisien" qəzetinə bildirib ki, muzeyin siqnalizasiya və müşahidə sistemləri iyul ayında kiberhücum nəticəsində sıradan çıxıb, lakin oğurluq baş verən zaman onların işlək olub-olmadığı bəlli deyil.
Hadisədən sonra muzey mineraloji qalereyanı bağlayıb və kolleksiyanı digər itkilərə qarşı yoxlayır. Oğurlanmış əşyalar arasında Kaliforniyadakı Donatia mədənindən götürülmüş 9x8,5 sm ölçülü qızıl və kvars nümunəsi də var.
Qeyd olunur ki, Fransada muzey oğurluqları son aylarda kəskin artıb. Bu ilin əvvəlində Limoj şəhərindəki Adrien Dubouche Muzeyi qarət olunub, oğrular 6,5 milyon avro dəyərində əşyaları aparıblar.
Musavat.com