Misli Premyer Liqasının V turu çərçivəsində “Sabah” komandası “Turan Tovuz”la üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “Bank Respublika Arena”da keçirilən oyunda ev sahibləri 2:0 hesabı ilə qalib gəlib. Qolları Velko Simiç (56-cı dəqiqə) və Pavol Şafranko (90+7, penalti) vurub.
Bu nəticədən sonra qərb təmsilçisi 9 xalla dördüncü pillədə qərarlaşıb. “Bayquşlar” isə 7 xalla beşinci sırada yer alıblar.