Bu gün 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilib.
Hafta.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qubada Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, RİH kollektivi, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın inzibati ərazi dazirələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların, rayonun idarə və müəssisələrinin rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri tələbələr və gənclər iştirak edib.
Tədbirin əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
Axşam saatlarında “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında konsert proqramı olub, tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub.