AZ

Marta Kos: Ermənistan Azərbaycanla sülh sazişi ilə çox şeyə nail olub

BAKI, 20 sentyabr. TELEQRAF

"Hər bir ölkənin öz taleyini, yolunu, icmasını və tərəfdaşlarını seçmək hüququ var. Ermənistan isə son vaxtlar, xüsusən də Azərbaycanla sülh sazişi ilə çox şeyə nail olub".

Teleqraf xəbər veri ki, bu fikirləri İrəvanda keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos bildirib.

"Əlbəttə, bilirsiniz ki, Rusiya və Avropa yanaşmaları arasında fərq var. Avropa yanaşması ondan ibarətdir ki, biz sizin iqtisadiyyatınızı güclü görmək istəyirik. Biz sizin cəmiyyətinizi güclü görmək istəyirik. Biz istəyirik ki, Ermənistanda demokratiyanı, azad medianı və vətəndaş cəmiyyətini qoruya biləcək güclü və davamlı institutlar olsun. Digər tərəfdən, bizdə belə bir konsepsiya var ki, - bu, yalnız burada, Ermənistanda görəcəyimiz bir şey deyil. Rusiya və Avropa arasında yanaşma fərqlidir. Rusiya ölkənizin iqtisadi cəhətdən güclü, demokratik və müstəqil olmasını istəmir”.

O xatırladıb ki, Avropa İttifaqının bir çox yardım proqramları var.

"Dünən mən "İnkişaf və Dayanıqlıq" planı çərçivəsində 200 milyon avrodan çox vəsaitin ayrıldığını elan etdim və bu maliyyə hər şeyi deyir. Söhbət artım və dayanıqlıqdan gedir. Və biz bunu görmək istəyirik. Əvvəldə qeyd etdiyim sülh sazişi sayəsində biz Avropa və Mərkəzi Asiya arasında Ermənistan üçün böyük imkanlar və rol görürük. Beləliklə, biz Ermənistanı daha güclü və demokratik edə bilərik və biz bu əlaqələri daha da inkişaf etdirə bilərik",- Marta Kos bildirib.

Seçilən
8
teleqraf.com

1Mənbələr