AZ

Yunan-Roma güləşçimiz dünya çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıb.

Ülvü Qənizadə (72 kiloqram) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.

Murad Əhmədiyev (97 kiloqram) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.

Seçilən
24
11
publika.az

10Mənbələr