AZ

“Qərarımız işləmədi, amma risk etməyə dəyərdi”

“MakLaren” pilotu Lando Norris Azərbaycan Qran-prisinin sıralama turunu 7-ci yerdə tamamladıqdan sonra çıxışını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 25 yaşlı britaniyalı pilotçunun dediklərini belə çatdırıb.

“Üçüncü seqmentdə divara toxunuş nəticəyə nə qədər təsir etdi? Bilmirəm. Delta yox idi, ona görə nə qədər itirdiyimi dəqiq deyə bilmərəm. Ola bilsin, iki onluq – yəni bir-iki mövqe, amma Maksdan 1,1 saniyə geri qalmağımın səbəbi deyil.

Üçüncü seqmentə ilk çıxmaq qərarı? Bu, mənim və komandanın səhvi idi. Amma fərqli də ola bilərdi – əgər sarı və ya qırmızı bayraq olsaydı, biz qəhrəman görünəcəkdik, qalanlar isə uduzan. İndi mən uduzanam, onlar isə qəhrəman, amma bəzən buna görə risk etməlisən.

Yağış damcıları da vardı, buna görə də düşünürəm ki, sonradan çıxanların daha yaxşı tutuşu oldu. Sadəcə, işləməyən bir qərar idi. Bunu təhlil edəcəyik və gələn dəfə daha yaxşı etməyə çalışacağıq”

Seçilən
36
90deqiqe.az

1Mənbələr