Münxenin “Bavariya” klubu Bundesliqanın 4-cü turunda səfərdə “Hoffenhaym” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, münxenlilər oyunda 4:1 hesabı ilə qalib gəliblər. “Bavariya”nın ingilis legioneri Harri Keyn oyunda ikisi 11 metrlik cərimə zərbəsindən olmaqla üç dəfə (44, 48, 77) fərqlənib. Digər qolun müəllifi Serge Qnabri (90+9) olub. Ev sahiblərinin təsəlli qolunu isə Vladimir Koufal vurub.
Günün digər görüşlərində “Maynts” səfərdə “Auqsburq”u eyni hesabla (4:1) məğlub edib. “Hamburq” doğma meydanda “Haydenhaym”ı məğlubiyyətə uğradıb – 2:1. “Frayburq” isə səfərdə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib.
Günün sonuncu görüşündə “Leyptsiq” və “Köln” komandaları üz-üzə gələcək.