AZ

KİV: İsrail hərbçiləri Suriyanın cənubunda əməliyyat keçiriblər

İsrail qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Əs-Samdaniya yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçiriblər.

Paralel.az xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, İsrail ordusunun patrul dəstəsi kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə avtomobili yoxlayıb.

Telekanaldan bildirilib ki, sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət karvan Cənubi Suriyanın Deraa əyalətinin ərazisinə daxil olaraq orada reyd keçirib.

Seçilən
18
4
paralel.az

5Mənbələr