AZ

160 minlik çəkələkləri müzakirə yaratdı - FOTO

Türk pop musiqisinin tanınmış siması Ebru Yaşar bu dəfə səhnə performansı ilə deyil, lüks seçimləri ilə gündəmə gəlib. Son günlər sosial mediada yayılan estetik iddiaları ilə müzakirə olunan məşhur müğənni, bu dəfə bahalı və diqqətçəkən terlik seçimi ilə gündəmə düşüb.

Son paylaşımında Ebru Yaşarın geyindiyi 3 min 300 avro (təxminən 160 min TL) dəyərindəki xüsusi dizaynlı terlik izləyicilərin marağına səbəb olub.

Tərliyin həm qiyməti, həm də qeyri-adi dizaynı sosial mediada müzakirələrə yol açıb. X platformasında istifadəçilər "Belə moda olmaz olsun" kimi kəskin şərhlər yazaraq müğənninin seçimlərinə reaksiya göstəriblər.

Beləliklə, Ebru Yaşarın bahalı tərliyi qısa müddətdə həm sosial mediada, həm də şou-biznes dünyasında gündəmin əsas mövzularından birinə çevrilib.\\milli.az

Seçilən
3
1
musavat.com

2Mənbələr