AZ

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncir ağacı ən qədim becərilən bitkilərdən biridir. Qədim Yunanıstanda və Romada sağlamlıq və uzunömürlülüklə əlaqələndirilir.

Bizim.Media xəbər verir ki, əncirin əla lif, A, B, xüsusilə B6 və C vitaminləri, eləcə də bir çox həyati minerallar mənbəyi olduğu aşkar edilib: kalsium, kalium, maqnezium, manqan, sink, mis, fosfor və dəmir.

Təzə əncirin kalorisi nisbətən azdır, lakin qurudulmuş əncir daha şirin və yüksək kalorilidir, eyni zamanda kalium da çox yüksəkdir.

Bundan əlavə, təzə meyvənin tərkibində antioksidantlar, hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyan maddələr var. Bədəndə sərbəst radikalların yığılması yaşlanma prosesində və xərçəng, artrit, ürək-damar xəstəlikləri kimi ciddi xəstəliklərin yaranmasında rol oynayır.

Balanslaşdırılmış tərkibi sayəsində əncir orqanizmə fayda verən bir çox xüsusiyyətə malikdir.

1. Həzm


Əncir qədim zamanlardan ənənəvi tibbdə qəbizliklə mübarizə aparmaq və ümumiyyətlə həzm funksiyasını yaxşılaşdırmaq üçün istifadə edilib. Bu, əncirin lif və digər prebiyotiklərlə zəngin olması ilə əlaqədardır.

Buna görə də, əncirin qəbizliyə meylli insanların pəhrizinə müntəzəm olaraq daxil edilməsi tövsiyə olunur.

2. Ürək – damar sistemi

Hipertoniya və ya xroniki yüksək qan təzyiqi insult və infarkta birbaşa yoldur. Hipertoniyaya səbəb olan amillərdən biri də qida rasionunda artıq natrium və ya duz ilə birlikdə kalium çatışmazlığıdır. Əncir kaliumla çox zəngindir, bu balanssızlığı düzəltməyə kömək edə bilər. Bundan əlavə, lif bədəndən artıq natriumun çıxarılmasına kömək edə bilər.

3. Sümüklər

Əncir təkcə kaliumun deyil, həm də kalsiumun əla mənbəyidir. Bu minerallar birləşdirildikdə, sümük sıxlığını artırmaq üçün çox faydalıdır, bu da osteoporozun (kövrək sümüklərin) qarşısını almağa kömək edir və buna görə də sınıq riskini azaldır.

4. Saçlar

Əncir saçları möhkəmləndirmək üçün vacib olan dəmirlə zəngindir. Eyni səbəbdən, əncir dəmir çatışmazlığı anemiyası olan xəstələrə tövsiyə olunur.

5. İltihabi xəstəliklər

Əncirin tərkibində iltihab əleyhinə xüsusiyyətlərə malik birləşmələr var, çünki onlar iltihaba səbəb olan sitokinlərin – immun molekulların fəaliyyətini bloklayır. Bəlkə də elə buna görədir ki, ənənəvi tibbdə əncir öskürək, boğaz ağrıları və səs tutlması (meyvəsi isti südlə dəmlənir), qızdırmasalıcı kimi istifadə edillir.

Əncirin sağlamlıq faydaları elmi cəhətdən hələ də zəif başa düşülür, lakin bu meyvədə olan bioaktiv birləşmələrin çəki idarə etməyə, diabet xəstələrində qan şəkərinin səviyyəsini aşağı salmağa, qaraciyər və mədəaltı vəzi funksiyalarını yaxşılaşdırmağa qadirdir. (medicina.az)

Bizim.Media

Seçilən
0
3
bizim.media

4Mənbələr