AZ

Qazaxıstanda “Silk Way Star” vokal müsabiqəsinin premyerası keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Astana, 21 sentyabr, AZƏRTAC

Qazaxıstanın “Jibek Joly” telekanalında ilk beynəlxalq “Silk Way Star” vokal müsabiqəsinin premyerası reallaşıb.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya və digər ölkələrin nümayəndələri iştirak edir.

Bu, Asiyada keçirilən ilk vokal müsabiqədir və Astanada təşkil olunur. Azərbaycanı yarışmada müğənni və aktrisa, “Azərbaycanın Səsi” layihəsinin yarımfinalçısı Səbinə Quluzadə (Sabina Zadeh) təmsil edir.

Musiqili şounun çəkilişlərinə bu il avqustun 20-də start verilib.

“Silk Way Star”ın böyük finalı noyabrın 22-də keçiriləcək və ilin ən yaddaqalan musiqi hadisələrindən birinə çevriləcəyi gözlənilir. Final beynəlxalq live-şou formatında “Jibek Joly/Silk Way” telekanalı və iştirakçı ölkələrin aparıcı telekanallarında canlı yayımlanacaq.

Qalib “Silk Way Star”ın unikal titulunu qazanacaq və öz yaradıcılığını dünya səhnəsində təqdim etmək imkanı əldə edəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
azertag.az

2Mənbələr