AZ

"Politico": Makron bir sıra ölkələri Fələstinin dövlət kimi tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 80-ci sessiyasında bir sıra ölkələri Fələstinin dövlət kimi tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata görə, BMT-dəki iclasda Avstraliya, Andorra, Belçika, Böyük Britaniya, Kanada, Lüksemburq, Malta, Portuqaliya və Fransa Fələstini dövlət kimi tanıdıqlarını elan edəcəklər.

"Bu, İsrail Baş naziri Binyamin Netanyahunu Qəzza sektorunda hərbi əməliyyatı dayandırmağa inandırmaq üçün yönəlmiş səylərdə Parisin "diplomatik qələbəsi" olacaq", - deyə nəşrin müsahiblərindən biri bildirib.

"Lakin Makronun yəhudi dövlətinə və onun ABŞ Prezidenti Donald Trampın simasında tərəfdarına qarşı "vahid cəbhə" kimi çıxış etmək cəhdi Avropa İttifaqının parçalanmasını nümayiş etdirir", - nəşr belə hesab edir.

Qeyd olunub ki, Almaniya və İtaliya hələ də Fələstinin dövlətçiliyini tanımaq istəmir. Fransa Prezidentinin ideyasını təsdiqləyən Böyük Britaniyanın Baş naziri Kir Starmer isə, ehtimal ki, iclasda iştirakdan imtina edəcək.

Makron Qəzzada döyüş əməliyyatlarından və İsrail hakimiyyətinin digər addımlarından asılı olmayaraq, sentyabrın 22-də BMT-də Fələstinin tanınması məsələsi üzrə konfrans keçirəcəyini elan edib. İyulun 24-də o, Fransanın BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirib.

Seçilən
12
ikisahil.az

1Mənbələr