ain.az, Olke.az saytına istinadən bildirir.
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko radikal çağırışla çıxış edib.
"Ölkə.az" xəbər verir ki, Yuşşenko müharibədə qalib gəlmək üçün Rusiyanın paytaxtını ələ keçirməyə çağırıb.
Keçmiş Ukrayna liderinin fikrincə, Kiyev 1991-ci il sərhədlərində dayanmamalı, daha da uzağa - Moskvaya getməlidir.
“Kimsə deyir ki, Mixaylovski xutoruna qədər getmək lazımdır. Mən isə deyirəm ki, siz uşaqlarınıza, nəvələrinizə ən böyük problemi saxlayırsınız? Moskvaya qədər gedin”, - Yanukoviç deyib.
O vurğulayıb ki, Ukrayna "Avropanın gülləkeçirməz jileti"nə çevrilməlidir ki, bu da onu Avropa ölkələrinin öz ordularından daha yaxşı qoruyacaq.(publika.az)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.