AZ

Moskvalılara “işləmək istəməyən” deyən çeçen biznesmen HƏBS EDİLDİ - FOTO

Moskva məhkəməsi çeçen biznesmen İslam A.-nı 15 sutka həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə BAZA Telegram kanalı yazıb.
 

O, yayımladığı videoda moskvalıları “işləmək istəməyən, ancaq kef axtaran” kimi təqdim edib, Mərkəzi Asiyalı miqrantların yerinə Qafqazdan – UFC və MMA döyüşçülərinin gətirilməsini təklif edib.


“İndi onlar sizi daşıyacaq, siz isə sürücülərə hörmətlə yanaşmalı olacaqsınız”, – deyib.

Prokurorluq bunu “nifrət və düşmənçilik yaratmaq” kimi qiymətləndirib. Biznesmen isə bunu zarafatla dediyini, kimisə təhqir etmək niyyəti olmadığını bildirib.

Qeyd edək ki, sentyabrda Moskvada və vilayətdə miqrasiya qaydaları sərtləşdirilib, miqrantlar yeni “Amina” tətbiqi ilə izlənir.


Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr