AZ

Müğənni qızının "boyfriend"ini təriflədi: “Kabrioleti var”

Rusiyalı müğənni Anna Sedokova maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, sənətçi RU.TV-yə müsahibəsində böyük qızı Alinanın varlı sevgilisindən danışıb.

Anna Sedokova bu yaxınlarda Los-Ancelesə səfəri zamanı Alinanın "boyfriend" tapmasını öyünərək vurğulayıb. Məsələ burasındadır ki, qızın tanış olduğu sevgilisi, iş adamı Yan Bloxinin oğludur. Müğənni qızının seçimini bəyəndiyini bildirib. O, Alinanın "boyfriend"ini tərbiyəli, düzgün və ləyaqətli insan adlandırıb.

O, oğlanın kabrioletinin olmasından da fərəhlənib.
"Mən arxada oturmuşam, uşaqlarım ön oturacaqdadır. Onlar məni digər qızımla məşqə aparırdılar. Təbii ki, bu mənim üçün unudulmaz bir səyahət oldu! Hər şey çox gözəl idi. Kaş ki, bütün analar bunu yaşayaydı. Məhz bu hissi yaşayaydılar. Oğlan sınaqdan keçdi",- o deyib.

Seçilən
2
publika.az

1Mənbələr