AZ

Çexiya Prezidenti NATO-nun hava məkanını pozan Rusiya təyyarələrini vurmağa çağırıb

Çexiya Prezidenti Petr Pavel NATO-ya üzv ölkələrin hava məkanını pozan Rusiya hərbi təyyarələrini vurmağa çağırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Novinky” xəbər agentliyi məlumat yayıb.

Pavel hesab edir ki, Rusiyanın son dərəcə məsuliyyətsiz hərəkətləri Avropada vəziyyəti daha da gərginləşdirir.

“Bu səbəbdən müttəfiqlər Moskvaya siqnal göndərmək üçün hərbi də daxil olmaqla, müvafiq cavab verməlidirlər. Hava məkanının pozulması müdafiə mexanizmlərinin işə salınması və nəticədə belə bir təyyarənin məhv edilməsi üçün bəhanədir. İstər bizdən, istərsə də Rusiya tərəfdən heç kim bunu istəməz”, – prezident bildirib.

Seçilən
1
1
nocomment.az

2Mənbələr