AZ

Peskov: Putin Ukrayna məsələsində danışıqlara açıqdır

BAKI, 21 sentyabr. TELEQRAF

"Vladimir Putin Ukraynadakı vəziyyəti danışıqlar yolu ilə həll etməyə açıqdır və bu məsələdə ABŞ ilə əməkdaşlığın davamını gözləyir".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Donald Trampın Londona səfəri zamanı ABŞ prezidentinə Rusiyaya təzyiq planları haqqında məlumat verilib, lakin bu cür təzyiq Ukraynanın sülh yolu ilə tənzimlənməsinə kömək etmir:

“Putin konstruktiv münasibətləri yüksək qiymətləndirir və ən mürəkkəb məsələləri açıq müzakirə etmək imkanına malikdir. O, Tramp kimi Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə maraqlı və açıqdır”.

Seçilən
19
3
teleqraf.com

4Mənbələr